EN

PSJ “Arsenal”la oyuna ciddi itki ilə çıxa bilər

PSJ-nin hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasının “Arsenal”la keçiriləcək cavab oyununda iştirak etməyə bilər.

İdmanxeber.az-ın məlumatına görə, fransız futbolçu ilk oyunda bud əzələsindən yüngül zədə alıb və bu səbəbdən ehtiyat tədbiri olaraq komanda ilə məşq etməyib. 

PSJ-nin baş məşqçisi Luis Enrike, Dembelenin zədəsinin ciddi olmadığını, lakin onun cavab oyununda iştirakının hələlik qeyri-müəyyən olduğunu bildirib. 

Qeyd edək ki, Dembele bu mövsüm Çempionlar Liqasında 8 qol vurub və “Arsenal”a qarşı keçirilən ilk görüşdə qələbə qolunun müəllifi olub.

Chosen
0
idmanxeber.az

1Sources