EN

Populizm əvəzinə praqmatizm: Azərbaycan İsraillə münasibətləri qurur?

Qəzza sektorunda münaqişənin kəskinləşməsi fonunda müsəlman əhalinin əksəriyyət təşkil etdiyi bir ölkə olaraq Azərbaycanın mövqeyi tarazlığı ilə diqqət çəkir...

Poliqon xəbər verir ki, bunu Hindistanın nüfuzlu nəşrlərindən biri olan India Today yazıb.

Məqalədə vurğulanır ki, regionun bir çox ölkələri emosional ritorikaya qapıldığı bir vaxtda, Bakı dövlət maraqlarına, uzunmüddətli strategiyaya və geosiyasi məsuliyyətə əsaslanan yetkin bir yanaşma nümayiş etdirir.

"Azərbaycan istənilən formada ekstremizmə qarşı ardıcıl çıxış edir. Radikal təhdidlərə qarşı mübarizə təcrübəsinə malik olan dövlət, əsas dəyərləri – inkişafı, təhlükəsizliyi və sabitliyi paylaşan ölkələrlə davamlı ittifaqlara üstünlük verir. Azərbaycanla İsrail arasında tərəfdaşlıq situativ deyil, onilliklərə söykənən qarşılıqlı etimad və strateji baxışın nəticəsidir. Azərbaycan nümayiş etdirir ki, müsəlman ölkəsi olmaqla yanaşı, ideoloji şablonlardan və xarici təzyiqlərdən azad müstəqil xarici siyasət yürütmək mümkündür", deyə India Today qeyd edib.

Poliqon.info

 

Chosen
0
poliqon.info

1Sources