EN

Amid Qənbərov “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri təyin edilib

“AFB Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Amid Qənbərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. O, 2024-cü ildən etibarən Bankın Müşahidə Şurasının müstəqil üzvü kimi fəaliyyət göstərirdi.

Amid Qənbərov 3 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili alıb, 2004–2006-cı illərdə isə eyni universitetdə magistratura pilləsini tamamlayıb.

Peşəkar karyerasının böyük hissəsini “Bank of Baku” ASC-də keçirən Amid Qənbərov burada 19 ildən artıq müddətdə müxtəlif vəzifələrdə çalışıb. Bu illər ərzində filial müdiri və 2018-ci ilin oktyabr ayından etibarən Partnyorlarla iş və alternativ satış departamentinin direktoru kimi fəaliyyət göstərib.

Chosen
0
5
demokrat.az

7Sources