Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonunun Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə təmir işləri aparılır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sözügedən küçənin uzunluğu 600 metr təşkil edir.
Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.