EN

"Prezident Kuboku-2025”: Azərbaycan avarçəkənləri daha altı medal qazanıblar

Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirində daha altı medal qazanıblar...

"Report"un reqataya ezam olunan əməkdaşının məlumatına görə, yarış Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edir.

2009-2010 təvəllüdlü idmançılardan İvan Vorobyanski/Hüseyn Həsənov cütlüyü 200 metr məsafəyə kayak yarışında gümüş, Vacib Babayev/Nuran Rəhimli dueti isə bürünc medal əldə edib.

2011-2012 təvəllüdlülərdən eyni növdə Əziz Əhmədli/Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsumov dueti isə bürünc medala sahib çıxıb.

2006-2007 təvəllüdlülərdən Nurlan Paşayev/Cahangir Məmmədli cütlüyü akademik avarçəkmədə gümüş mükafat qazanıb.

2009-2010 təvəllüdlülərdən Əlimurad Hacızadə kayak növündə 1000 metr məsafəyə yarışda qızıl medalçı olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçiləri 8 medal (3 gümüş, 5 bürünc) qazanıblar.

Poliqon.info 

Chosen
0
5
poliqon.info

7Sources