Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qeyri-leqal miqrasiyanın təşkilatçıları və ortaqlarına qarşı növbəti genişmiqyaslı əməliyyatın başlanması barədə açıqlama verib. Nazir sosial şəbəkə hesabında yazıb ki, Türkiyənin bütün ərazisini əhatə edən əməliyyata polis və jandarma ilə yanaşı, sahil mühafizə qüvvələri də cəlb olunub.
SİTAT: “Limanlarda, ictimai nəqliyyat dayanacaqlarında və şəhərlərarası nəqliyyat stansiyalarında ümumilikdə 420 269 nəfərin şəxsiyyəti yoxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sökülməsi nəzərdə tutulan 4 309 binaya baxış keçirib”.
Mətləb Salahov