EN

“Zirə” – “Turan Tovuz” matçının hakimi dəyişdi

Azərbaycan Premyer Liqasının 33-cü turun ilk oyununda hakim dəyişikliyi olub.

Msport.az xəbər verir ki, bu gün baş tutacaq “Zirə” – “Turan Tovuz” matçının köməkçi hakimi Namik Hüseynov olmayacaq.

Buna səbəb onun səhhətində problemin yaranmasıdır. Belə ki, Hüseynovun hərarəti olduğu üçün onun əvəzinə Teymur Teymurov yan xətt hakimi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Chosen
0
msport.az

1Sources