EN

Çin ABŞ-nin ikitərəfli danışıqlara hazır olması ilə bağlı bəyanatını araşdırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xalq Respublikasının Ticarət Nazirliyi ABŞ-nin Pekinlə ikitərəfli danışıqlar keçirməyə hazır olması ilə bağlı verdiyi açıqlamaları araşdırdığını bildirib. Nazirlik xatırladıb ki, ABŞ rəsmiləri dəfələrlə Çinlə ticarət rüsumlarının müzakirəsi məqsədilə danışıqlar aparmağa hazır olduqlarını bəyan ediblər.

"ABŞ son vaxtlar maraqlı tərəflər vasitəsilə Çinə danışıqlara başlamağa hazır olduqlarını ifadə edən mesajlar göndərib," - deyə nazirliyin rəsmi saytında yerləşdirilən açıqlamada qeyd olunub. Bildirilib ki, Çin tərəfi bu bəyanatları hazırda diqqətlə təhlil edir.

Açıqlamada əlavə olunub: "Çinin mövqeyi ardıcıldır: əgər mübarizə aparmaq gərəkdirsə, sona qədər döyüşəcəyik; əgər dialoq lazımdırsa, qapılar açıqdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
olaylar.az

1Sources