EN

Aİ Rusiyanı təhlükə kimi göstərir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının rəhbəri Aleksey Puşkov bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyanı qəsdən "təhlükə" kimi göstərir. Məqsəd - Ukraynaya ayrılan böyük maliyyə vəsaitlərini və Moskva ilə iqtisadi əlaqələrin pozulmasını əsaslandırmaqdır.

Onun sözlərinə görə, bu siyasət nəticədə Avropanı zəiflədir və Aİ-nin gələcəklə toqquşmasına səbəb olur. Puşkov, Aİ-nin özünü idarəetməni itirmiş bir qatar kimi apardığını bildirib.

Xatırladaq ki, daha əvvəl Avstriyanın sabiq xarici işlər naziri Karina Knaysl da demişdi ki, ABŞ-ın hərbi dəstəyi olmadan Aİ Ukraynanı dəstəkləyə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
olaylar.az

1Sources