ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun oğlu - Aleksandr Uitkoffu ölkənin keçmiş vitse-prezidenti Kamala Harrisin həyat yoldaşının oradan uzaqlaşdırılmasından sonra Holokost Memorial Muzeyinin şurasına təyin edib.
“Report” xəbər verir ki, bu barədə Tramp “Truth Social” şəbəkəsində yazıb.
"Aleks Uitkoff və Robert Qarsonun ABŞ Holokost Memorial Şurasına təyin olunduğunu məmnuniyyətlə elan edirəm", - o qeyd edib.
Onun sözlərinə görə, bu şuraya ən qaranlıq dövrlərdən birində həyatı əlindən alınmış insanların xatirəsini və tarixini qorumaq kimi mühüm vəzifə həvalə edilib.
Aleksandr Uitkoffun muzey şurasına təyin edilməsi onun atası Stiv Uitkoffun Tramp administrasiyasında vəzifə dairəsinin genişləndirilməsi ilə bağlı xəbərlərlə üst-üstə düşüb. Onun namizədliyi Prezidentin müşaviri vəzifəsinə əsas namizəd kimi nəzərdən keçirilir.