Ucarda yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində, pambıq zavodu yaxınlığında baş verib.
Qəza zamanı hərəkətdə olan maşınlardan biri yol kənarında dayanan avtomobilə çırpılıb.
Hadisədə müxtəlif bədən xəsarətləri alan 1960-cı il təvəllüdlü Fərzəliyev Elsəvər Baba oğlu xəstəxanaya çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı Göyçay xəstəxanasına köçürülüb.
Faktla bağlı araşdırma aparılır.