Ermənistanın Qavar şəhəri yaxınlığında zəlzələ baş verib.
Herbiand.az xəbər verir ki, bu barədə ölkənin Xilasetmə Xidməti xəbər yayəb.
Yeraltı təkanlar yerli vaxtla saat 09:12-də qeydə alınıb. Zəlzələnin episentri Qavardan 12 km cənubda, ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların gücü 2 bal, episentrdə 2-3 bal olub.
Zəlzələ Qeqarkunik rayonunun Yeranos və Saruxan kəndlərinin sakinləri tərəfindən hiss olunub.
Qeyd edək ki, mayın 1-də həmin ərazidə daha nəzərə çarpan 2,8 bal gücündə zəlzələ baş verib.