EN

2025-ci ilin bombardirləri – beynəlxalq oyunlarda

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısını dərc edib.

Msport.az xəbər verir ki, cədvəldə millidə və qitə kuboklarında 5 və ya daha çox qol vuranlar yer alıb.

Bombardirlərin yarışına PSJ-nin və Fransa millisinin hücumçusu Usman Dembele başçılıq edir. O, klubunda 8, millisində 1 dəfə fərqlənib.

Harri Keyn (İngiltərə, “Bavariya”) 8 qolla ikinci sıradadır. İlk “üçlüy”ü Salem Al-Davsari (Səudiyyə Ərəbistanı, “Əl-Hilal”) qapayır – 7 qol.

Qeyd edək ki, ilin ilk 4 ayında 29 futbolçu 5 və ya daha çox qol vurub.

Chosen
0
1
msport.az

2Sources