EN

Qızı Bill Qeytsin bu sindromdan əziyyət çəkdiyini açıqladı

Amerikalı milyarder Bill Qeytsin qızı Fibi atasının autizm spektri pozuntularından biri olan Asperger sindromundan əziyyət çəkdiyini iddia edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “New York Post” yayıb. 

“Atam əvvəllər də dediyi kimi, onda Asperger sindromu qeydə alınıb”, - deyə 22 yaşlı Fibi Qeyts qeyd edib. 

Lakin qeyd olunub ki, 69 yaşlı milyarder bundan əvvəl heç vaxt ictimai olaraq bu barədə danışmayıb. Bununla belə, o, öz memuarlarında uşaq vaxtı ona ola bilsin ki, autizm spektri pozuntusu diaqnozu qoyulduğunu yazıb. 

Qeyd edək ki, Asperger sindromunun simptomlarından biri ünsiyyət zamanı çətinlikdir. Bu sindromdan əziyyət çəkən şəxslər digərlərinin emosiyalarını, üz ifadələrini, intonsiya və jestləri tanımaqda çətinlik yaşayırlar və onların davranışı kobud görünə bilər. Asperger sindromu olan şəxslər spesifik maraqlara sahib olurlar.



Chosen
0
1
qafqazinfo.az

2Sources