Fələstin anklavının blokadasını yarmaq istəyən “Azadlıq Donanması”na məxsus gəmi İsrailə məxsus pilotsuz təyyarənin hücumuna məruz qalıb.
Herbiand.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Pilotsuz təyyarənin zərbəsi nəticəsində gəmidə yanğın baş verib. Telekanal xəbər verir ki, ekipaj qəza siqnalı göndərib və Kipr Hərbi Dəniz Qüvvələri buna cavab verib. Onun sözlərinə görə, gəmi hazırda Malta sahillərində beynəlxalq sularda lövbər salıb.