EN

Zelenski 6 dəfə bu prezidentə müraciət etdi: cavab ala bilmir

Zelenski il yarımdır ki, Braziliya prezidenti ilə görüşməyə çalışsa da, sorğularına cavab almayıb.

Publika.az xəbər verir ki, bu barədə Braziliyanın “Metropoles” nəşri diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Vladimir Zelenski Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya görüş üçün ən azı altı məktub göndərib və o, həmçinin Braziliya liderindən 2024-cü ilin oktyabrında keçiriləcək G20 sammitinə dəvət istəyib.

Məlumata görə, Lula da Silva Zelenskinin bu forumda olmasını yersiz hesab edib.

Chosen
0
publika.az

1Sources