EN

İsraildə yanğınlar nəzarətə alınıb » AzadMedia.az

İsraildə

İsrailin Latrun bölgəsində – Qüds və Təl-Əviv arasında yerləşən ərazidə çərşənbə günündən bəri davam edən güclü meşə yanğınları artıq nəzarət altına alınıb. Yanğın nəticəsində təxminən 20 kvadrat kilometr ərazi yanıb, yüzlərlə insan evakuasiya edilib və İsrail hökuməti milli fövqəladə vəziyyət elan edib.

Yanğınlarla mübarizəyə 150-dən çox yanğınsöndürmə briqadası cəlb olunub, 17 yanğınsöndürən yaralanıb, 12 nəfər isə tüstüdən zəhərlənib. Fransa, İtaliya və İspaniya kimi ölkələr İsrailə hava vasitələri ilə yardım göstərib. Hadisə nəticəsində İsrailin Müstəqillik Günü münasibətilə nəzərdə tutulan rəsmi tədbirlərin əksəriyyəti ləğv olunub və ölkə üzrə manqal qadağası tətbiq edilib.

Hadisənin səbəbi ilə bağlı rəsmilər ziddiyyətli açıqlamalar verib. Prezident İsxak Hersoq bunu iqlim böhranı ilə əlaqələndirsə də, Baş nazir Netanyahu hadisəni qəsdən törədilmiş yanğın kimi dəyərləndirib və 18 nəfərin saxlanıldığını bildirib. Lakin polis sonradan yalnız 3 nəfərin saxlanıldığını və onların yanğınla birbaşa əlaqəsinin olmadığını açıqlayıb.

Bu arada, Avropa İttifaqı (Aİ) ölkəni bürüyən meşə yanğınlarının söndürülməsində İsrailə yardım edəcəyini açıqlayıb.

bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində yazıb.

"Biz Avropanın mülki müdafiə mexanizmini işə salmışıq. Yunanıstan, Xorvatiya və İtaliyadan yanğınsöndürən təyyarələr göndərilib", - AK rəhbəri yazıb.

Yəhudi Milli Fondunun məlumatına görə, çərşənbə günü səhər saatlarından İsraildə təxminən 20 kvadrat kilometr ərazi yanıb ki, bunun da yarıdan çoxu meşəlikdir.

Xatırladaq ki, mayın 30-da İsraildə həddindən artıq istilər zamanı Qüds dağlarında meşə yanğınları baş verib. Güclü, quru küləklə müşayiət olunan alov qısa müddətdə Qüdsün qərbindəki bir sıra ərazilərə yayılıb. Gün ərzində ölkənin digər ərazilərində də yanğınlar baş verib. Nəticədə avtomobil və dəmir yollarının bağlanıb. Həmçinin bəzi kəndlərdən əhali təxliyə olunub.

Chosen
0
1
azadmedia.az

2Sources