Demokrat.az-ın xəbərinə görə, bu barədə rusiyalı otorinolarinqoloq Viktoriya Rudenko KP.ru saytına müsahibəsində danışıb.
"İnsan burunun selikli qişasının şişkinliyini azaltmaq üçün damcılardan istifadə edir, lakin əvəzində o, daha da böyüməyə davam edir. Bu da hipertrofik proseslərə gətirib çıxarır ki, bu zaman aşağı burun çanağı həddindən artıq böyümüş olur", - deyə mütəxəssis bildirib.
Əgər insan damcılardan asılı vəziyyətə düşürsə, onlardan istifadə etmədiyi zaman eşitmə borusunda şişkinlik yaranır və nəticədə eşitmə zəifləyir. Viktoriya Rudenko bildirib ki, ağırlaşmış hallarda problemdən yalnız cərrahi müdaxilə, məsələn, radiodalğa koaqulyasiyası vasitəsilə xilas olmaq mümkündür. Bu zaman burnun böyümüş toxuması səliqəli şəkildə yandırılır.