İsrail Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfə hücum edib.
Bizim.Media "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın yaydığı birgə bəyanatda bildirilib.
“Bu, Suriya rejiminə açıq mesajdır. Biz Dəməşqin cənubuna qoşun yerləşdirilməsinə imkan verməyəcəyik”, - məlumatda deyilir.
Bizim.Media