EN

İranın Şərqi Azərbaycan vilayəti İran-Azərbaycan arasında böyük əhəmiyyət kəsb edən Araz dəhlizini diqqətdə saxlayır – Vali (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

İranın Şərqi Azərbaycan vilayəti yerləşdiyi coğrafiya, bir çoxsahələrdə sahib olduğu imkanlar, Azərbaycanla uzun sərhədi və Arazdəhlizinə sahib olması ilə böyük potensiala sahibdir. Biz budəhlizin aktivləşməsi və fəaliyyət göstərməsini ciddi şəkildədiqqət mərkəzində saxlayırıq. Bu çərçivədə Ağbənd-Kəlaləterminalının fəaliyyətə başlaması, davamında Culfa terminalının daistifadəyə verilməsi önəmli layihələrdir.

Bunu Trend-əözəl müsahibəsində İranın Şərqi Azərbaycan vilayətinin valisiBəhram Sərməst deyib.

Sərməst bildirib ki, İran prezidenti Məsud PezeşkianınAzərbaycana tarixi səfərini bir çox cəhətdən önəmli hesab etməkolar:

"Bu səfər çərçivəsində ticarət sahəsində böyük heyət dəAzərbaycana gəldi. Eyni zamanda, Azərbaycanla sərhəddə yerləşən 4vilayət (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan)valisinin də Azərbaycana səfər etməsi yüksək əhəmiyyət kəsbedirdi".

Onun sözlərinə görə, İran və Azərbaycan tarixi, mədəni bağlarasahibdir.

"İki ölkənin əvəzolunmaz birgə iqtisadi mənafeyi var. Səfərçərçivəsində iki ölkə prezidentinin iştirakı ilə bir sıra önəmlisənədlər imzalandı. Bu sənədlərdə iki ölkənin əməkdaşlığıçərçivəsində sərhəd vilayətlərlə əlaqələrin daha da inkişafetdirilməsi nəzərdə tutulur.

Təbriz mərkəz olmaqla, Şərqi Azərbaycan vilayətinin Azərbaycanlabir çox əvəzolunmaz bağları vardır. Şərqi Azərbaycan vilayətininbir çox sahələrdəki imkanları ilə iki ölkə arasındakı əlaqələr dahayüksək səviyyəyə irəliləyə bilər. Bu, həm də sərhəd bölgələrdəəhalinin rifahının yaxşılaşmasına öz töhfəsini verə bilər. ŞərqiAzərbaycan vilayətində turizmin inkişafı və birgə investisiyadiqqət mərkəzində saxlanıla biləcək məsələlərdəndir.

Həm Azərbaycanda fəaliyyət göstərən iranlı investorlar, həm dəazərbaycanlı investorlar iki ölkə arasında, əsasən də, sərhədvilayətlərlə iqtisadi və ticarət əlaqələrinin inkişafına öztöhfəsini verə bilərlər.

İki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı, mədəniyyətəlaqələri də inkişaf edə bilər. Qarşılıqlı şəkildə ədəbi vəincəsənət xadimlərinin iştirakı ilə tədbirlərin təşkil olunmasıəlaqələrin inkişafına təkan verə bilər. Qonşu ölkələr arasındaİranın ən çox ortaqlıqları olan ölkələrdən biri Azərbaycandır.Bununla əlaqədar İran prezidenti Məsud Pezeşkian İranvilayətlərinin valiliklərinə müxtəlif səlahiyyətlər verib.

İranın Azərbaycanla sərhəd vilayətləri İran-Azərbaycan İqtisadiƏməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın əldə etdiklərianlaşmalar çərçivəsində vilayətlərə aid olan səviyyədə diqqətmərkəzində saxlamalıdırlar.

Bakıda keçirilən görüşlərdə müxtəlif sahələrdə, o cümlədən,iqtisadi və ticarət sahələrində anlaşmaların diqqət mərkəzindəsaxlanılması və icra olunması üzrə razılaşma əldə olunub. Gələcəkdəticarət və iqtisadi sahələrdə əlaqələrin inkişaf etdirilməsiistiqamətində qarşılıqlı səfərlər və razılaşmalar diqqət mərkəzindəsaxlanılacaq ki, biz praktiki və hiss olunacaq nəticələri əldə edəbilək”, - deyə o bildirib.

Vali əlavə edib ki, eyni zamanda, Araz Azad Ticarət ZonasınınŞərqi Azərbaycan vilayətində fəaliyyət göstərməsi bir çox imkanlaryarada bilər.

"Belə ki, iki ölkə arasında sərhəd bazarları fəaliyyətə başlaya,həmçinin, azad ticarət zonalarında birgə işlər görmək olar.

Şərqi Azərbaycan vilayətinin sənaye sektorunda ciddi imkanlarıolduğuna görə, sənaye parklarında ortaq işlərin həyata keçirilməsiistiqamətində işlər görmək olar. Bu istiqamətdə hər iki ölkənininvestorları daha aktiv ola bilərlər.

Şərqi Azərbaycan vilayəti ilə univestitet əməkdaşlığı, tələbəmübadiləsi üzrə prosedur qaydaları sadələşdirmək olar.
Təbriz-Bakı və əks istiqamətdə hava reyslərinin yenidən bərpaolunması diqqət mərkəzində saxlanılır. Bu vasitə ilə həmvətəndaşlar, həm də iş adamları asanlıqla Təbriz və Bakıya səfəredə biləcəklər.

Cənab Pezeşkian bir çox tədbirlərdə, hətta Bakıda məşhur şairMəhəmməd Hüseyn Şəhriyardan sitatlar gətirir. Bu şairin bölgədədaha çox məşhurlaşdığını nəzərə alaraq, Təbrizdə BeynəlxalqŞəhriyar Konqresinin keçirilməsi nəzərdə tutulub. Həmin tədbirdəAzərbaycandan da şairlər, mədəniyyət xadimləri və rəsmiləriniştirakı planlaşdırılır”, - deyə o qeyd edib.

Chosen
0
1
az.trend.az

2Sources