EN

İsrail Dəməşqdə prezident sarayının yaxınlığında hücum edib

İsrail Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfə hücum edib.

Herbiand.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu müdafiə naziri İsrael Kats ilə birgə bəyanatla çıxış edib.

Bəyanatda deyilir: "Bu, Suriya rejiminə açıq siqnaldır. Biz qoşunların Dəməşqin cənubuna yerləşdirilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə icazə verməyəcəyik",.

“Reuters” xəbər verir ki, İsrailin Suriyaya bir neçə gün ərzində ikinci dəfə zərbə vurmasıdır. Agentlik bildirir ki, zərbələr İsrailin Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraya dərin inamsızlığını nümayiş etdirir.

Chosen
0
herbiand.az

1Sources