EN

Qvardiola bu oyunu dəyərləndirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalında 3:3 hesablı ilə başa çatan “Barselona” – “İnter” oyunu ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, Qvardiola bu barədə mətbuat konfransında danışıb.

“Oyunun nə qədər keyfiyyətli olduğuna təəccübləndim. Bu cür matçlar sayəsində stadionlar heç vaxt boş qalmayacaq və sənayemiz inkişaf edəcək. Çempionlar Liqasının yarımfinal mərhələsinin bu iki matçına görə komandalara minnətdaram. Hər ikisi inanılmaz idi, xüsusən də Barselonadakı oyun.

Düşünürəm ki, Çempionlar Liqasının finalında qalib gəldiyimiz “İnter” sadəcə inanılmaz olduğunu bir daha sübut etdi. Necə müdafiə olunur, müdafiədən hücuma necə keçirlər, hansı fiziki gücə malikdirlər və nə qədər yaxşı təşkil olunublar.

Chosen
0
50
publika.az

10Sources