EN

Rübio İranı bütün nüvə obyektlərinə müşahidəçilərin buraxılmasına icazə verməyə çağırıb

ABŞ-ın dövlət katibi Marko Rübio İranı bütün nüvə obyektlərinə, o cümlədən hərbi obyektlərə beynəlxalq müşahidəçilərin buraxılmasına icazə verməyə çağırıb.

APA xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.

“Əgər onlar həqiqətən sülh məqsədli atom enerjisi istəyirlərsə, o zaman hər cür inspektorun – o cümlədən amerikalıların – obyektlərə girişinə şərait yaratmalıdırlar,” – deyə Rübio vurğulayıb.

Chosen
0
1
apa.az

2Sources