ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.
“Report”un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib.
“Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır”, - deyə o bildirib.