Gədəbəydə 49 yaşlı qadın bıçaqlanıb
Ajans.az xəbər verir ki, Miskinli kənd sakini 1976-cı il təvəllüdlü Nailə Əsədova üz, döş qəfəsi və qarın nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. Hadisənin kim tərəfindən törədildiyi və hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma başlanılıb.