"Barselona"nın cinah oyunçusu Lamin Yamal klub tarixinin rekorduna imza atıb.
Bizim.Media xəbər verir ki, 17 yaş 291 günlük hücumçu bunu ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "İnter"lə oyunda (3:3) meydana çıxmaqla bacarıb.
Lamin Kataloniya təmsilçisinin heyətində keçirdiyi matçların sayını 100-ə çatdırıb. Nəticədə o, "Barselona" tarixində 100 oyun keçirən ən gənc futbolçu olub.
Əvvəlki rekord Qaviyə məxsus idi - 19 yaş 29 gün.
Qeyd edək ki, Yamal bu 100 matçda 21 qol vurub və 33 məhsuldar ötürmə verib.
Bizim.Media