EN

Argentinada 5.8 maqnitudalı zəlzələ baş verib

Argentinanın qərbindəki La Rioxa əyalətində 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təqribən 162 min insanın yaşadığı La Rioxa şəhərindən 104 kilometr şimal-qərbdə yerləşib.

Zəlzələnin ocağı 131 kilometr dərinlikdə olub.
Chosen
0
10
sherg.az

10Sources