EN

Şəkidə 30 min manatlıq heyvanları belə oğurlayıblarVİDEO

İcarəyə maşınlar götürüb 30 min manatlıq oğurluq etdilər.

Xezerxeber.az xəbər verir ki, Şəkidə heyvan oğurlayan dəstə üzvləri tutuldular.

Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayonun Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən silsilə oğurluqlar edilməsi barədə məlumatlar daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, gecə saatlarında tövlələrə daxil olan naməlum şəxslər 26 baş mal-qaranı oğurlayaraq ələ keçiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməlləri törətməkdə şübhəli bilinən Taleh Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Chosen
0
xezerxeber.az

1Sources