"Real Madrid"in 39 yaşlı yarımmüdafiəçisi Luka Modriç və 33 yaşlı sağ cinah müdafiəçisi Lukas Vaskes müqavilələrini Klublararası Dünya Çempionatının sonuna qədər uzadacaqlar.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İspaniyanın "AS" nəşri məlumat yayıb.
Məlumata görə, hər iki futbolçunun "Los Blancos"la olan mövcud müqaviləsi 30 iyun tarixində başa çatır. Lakin La Liqa başa çatdıqdan sonra onların klub rəhbərliyi ilə görüş keçirəcəyi və əmək müqavilələrinin 15 iyula qədər – Klublararası Dünya Çempionatının sonunadək – uzadılmasına razılıq veriləcəyi gözlənilir.
Eyni zamanda, futbolçularla tam mövsümlük yeni müqavilə imzalanmasının çətin olduğu vurğulanır. Bu, xüsusilə yayda komandadan ayrılacağı gözlənilən və yerinə Trent Aleksander-Arnoldun transferi planlaşdırılan Vaskes üçün keçərlidir.