EN

Bu mövsüm meydana çıxmasa da…

Arkadiuş Milik uzun müddət futbol oynamasa da, klubuna gərək olub.

"Football-plus.az" xəbər verir ki, “Yuventus” təcrübəli futbolçu ilə müqaviləni yeniləyib. İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, polşalı hücumçu ilə yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədərdi.

Milik 2023-cü ildən Turin klubunda oynayır. 31 yaşlı forvard ötən yay milli komandanın heyətində dizindən aldığı zədə səbəbindən bu mövsüm meydana çıxmayıb.

1Sources