ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris amerikalıları Ağ Ev rəhbəri Donald Trampa və onun iqtisadi siyasətinə qarşı birləşməyə çağırıb.
Bu barədə Reuters agentliyi məlumat yayıb .
Vəzifədən getdikdən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edən Harris ABŞ prezidentinin ticarət qərarlarını insan tərəfindən yaradılmış ən böyük böhran adlandırıb. O, Tramp administrasiyasını zənginlərə üstünlük verməkdə və idarəetməyə dar, özünə xidmət edən yanaşmada ittiham edib.
Siyasətçi çıxışını San-Fransisko Körfəz Bölgəsində demokrat qadınların seçilməsinə dəstək verən "Emerge America" təşkilatının təşkil etdiyi tədbirdə deyib.