EN

Türam: “Yamal dünyada heç də ən yaxşı oyunçu deyil”

“İnter”in fransalı hücumçusu Markus Türam “Barselona”nın yeniyetmə ulduz hücumçusu Lamin Yamal haqda qənaətini açıqlayıb.

Arena.az “French Football Weekly” dərgisinə istinadən, Türamın müvafiq açıqlamasını təqdim edir:

“Onun bu adla (ən yaxşı oyunçu – redaktorun qeydi) keçməsi adi haldır. Axı bu, Lamin Yamaldır. Onunla heç nə edə bilməzsən. Onu dayandırmaq üçün 11 nəfəri götürüb ona qarşı qoymaq gərəkdir. O, ən yaxşı oyunçudurmu? O, dünyada ən yaxşı oyunçu deyil. Ən yaxşı oyunçu – fransalıdır. Usman Dembele və Kilian Mbappe – öndə onlardır, Lamin – ancaq üçüncüdür”, deyə Türam vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 100 oyun, 22 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Chosen
0
4
arena.az

10Sources