“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır.
Telekanalın məlumatına görə, mer Husam Varura qarşı sui-qəsd günün birinci yarısında Dəməşq yaxınlığında törədilib.
Daha əvvəl siyasətçi sakinləri paytaxtın druzlar yaşayan ətraf ərazilərində sabitliyin bərpası üçün Suriya hakimiyyətinin fəaliyyətlərini dəstəkləməyə çağırmışdı.