EN

“Barselona” çox riskli oyun oynayır, amma strategiya öz bəhrəsini verir"

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının ilk yarımfinal oyunundan (3:3) sonra “Barselona”nın çıxışından danışıb.

“İnter” 21-ci dəqiqəyə kimi 2:0 öndə olsa da, fasiləyə qədər üstünlüyünü itirib. İkinci hissədə qonaqlar yenidən hesabda önə keçsələr də, “Barsa” dərhal cavab qolunu vurub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı “Barselona”nın çox riskli oyun oynadığını deyib:

“Barselona” çox riskli oyun oynayır, amma strategiya öz bəhrəsini verir. Onlar bu mövsüm 150-dən çox qol vurublar və artıq iki kubok qazanıblar.

Hələ də daha iki turnirdə mübarizə aparırlar. Biz bu gün çox yüksək səviyyədə çıxış etdik”.

Tərəflər arasında cavab matçı mayın 6-da Milanda keçiriləcək.

Chosen
0
sportinfo.az

1Sources