EN

Gənc ailənin neçə yaşı olur? - AÇIQLAMA

Güzəştli şərtlərlə ipoteka krediti almağın yollarından biri də “gənc ailə” olmaqdır.

Amma bu məsələ özü ilə bərabərində bir çox suallar da gətirir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, “gənc ailə” anlayışının hüquqi əsasları qanunla müəyyən olunub.

Onun sözlərinə görə, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü bəndinə əsasən gənc ailə dedikdə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur:

“Bu normaya əsasən, aşağıdakı hüquqi meyarlar müəyyən edilir:

Nikah tələbi: “gənc ailə” anlayışının yaranması üçün tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olmalıdır. Faktiki birlikdəyaşama bu statusu yaratmır.

Yaş meyarı: Hər iki şəxsin nikah bağlayarkən yaşı 35 yaşdan artıq olmamalıdır. 35 yaşın tamam olması artıq hüquqi baxımdan bu statusun əldə edilməsinə imkan vermir.

Tək valideyn istisnası: Himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn də ayrıca “gənc ailə” statusuna malik ola bilər”.

Hüquqşünas qeyd edib ki, qanunvericilikdə “gənc ailə” statusu üçün əsas hüquqi kriteriya bioloji yaş meyarıdır:

“Tərəflərin nikaha daxil olduğu anda hər iki şəxsin yaşının 35-i tamam etməmiş olması şərtdir. Bu zaman ailə “gənc ailə” statusu alır və uyğun olaraq İpoteka və Kredit Zəmanət Fonduna müraciət etmək hüququ qazanır.

Burada xüsusi vurğulanmalı məqam isə ailənin yaşı və ya nikahın müddəti deyil, məhz nikah zamanı şəxslərin yaş göstəriciləri hüquqi əhəmiyyət daşıyır”.

Roman Qaraşov bildirib ki, “gənc ailə” statusunun müəyyən olunmasında əsas hüquqi meyar nikaha daxil olan şəxslərin nikah zamanı 35 yaşdan aşağı olmasıdır:

“Məsələn, ailə 2024-cü ildə qurulub. Tərəflərdən biri 34, digəri 30 yaşındadır. Hər iki şəxs 35 yaşdan aşağı olduğuna görə bu ailə “gənc ailə” statusuna malikdir.

Digər bir nümunəyə baxaq. Tərəflərdən biri 36, digəri 29 yaşındadır. Bu halda ailə “gənc ailə” sayılmır, çünki tərəflərdən biri 35 yaş həddini keçib.

Əgər şəxs 33 yaşında dul qalıb və bir uşağın yeganə qanuni nümayəndəsidir. Bu halda o, tək valideyn olaraq “gənc ailə” statusuna malikdir və güzəştli ipotekaya müraciət edə bilər.

Məhz beynəlxalq təcrübədə də bu məsələyə müxtəlif yanaşmalar mövcuddur.

Macarıstan - (Ailə ev təşviqi) ailə çərçivəsində yaş məhdudiyyəti analar üçün 40 yaş, atalar üçün 45 yaş ilə tənzimlənir.

Polşa - Ev alma proqramlarında ailənin hər iki üzvünün 35 yaşdan aşağı olması şərtdir.

Gənc ailə anlayışı konkret hüquqi meyardır və fərdi yanaşmaya əsaslanmır, bioloji yaş müəyyənedici kriteriyadır və nikahın qeydiyyat tarixi ilə yaş paralel qiymətləndirilməlidir, tərəflər nikaha daxil olmamışdan əvvəl 35 yaş kriteriyasını diqqətlə nəzərə almalıdırlar, “gənc ailə” statusu ilə yanaşı digər güzəşt hüquqları da varsa (məsələn, müəllim, həkim və s.), kumulativ tətbiq mümkündür və bu hüquqlar qarşılıqlı olaraq güclənə bilər”.

O vurğulayıb ki, “gənc ailə” statusu Azərbaycan hüququnda ipoteka münasibətləri kontekstində xüsusi sosial əhəmiyyət daşıyan hüquqi kateqoriyadır:

Chosen
0
cebheinfo.az

1Sources