EN

Donald Tramp Vladimir Zelenskiyə: Rusiya daha böyük və güclüdür

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vatikanda Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı onu resurslarla bağlı razılığa gəlməyə çağırıb, çünki “Rusiya daha böyük və güclüdür”.

“Mən ona (Vladimir Zelenskiyə) dedim ki, müqaviləni imzalasaq, çox yaxşı olar. “Çünki Rusiya daha böyük və daha güclüdür”, – deyə Tramp NewsNation-da deyib. ABŞ Maliyyə Nazirliyi bu gün bildirib ki, Vaşinqton və Kiyev birgə investisiya fondu yaradacaq təbii ehtiyatlar haqqında saziş imzalayıblar. Fondun vəsaitlərinin Ukraynanın bərpası üçün istifadə olunacağı gözlənilir.

//Samir Qurbanov, Editor.az

Chosen
0
1
editor.az

2Sources