EN

Pentaqon ordunu uzaqmənzilli raketlərlə silahlandırmaq niyyətindədir

Pentaqonun saytı ABŞ ordusunun tədarük sistemində islahatlara və transformasiyaya göstəriş verən ABŞ hərbi departamentinin rəhbəri Pit Heqsetin bəyanatını dərc edib. Sənəddə qeyd olunur ki, 2027-ci ilə qədər bütün qoşunlar uzaqmənzilli raketlərlə təchiz olunmalıdır.

Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.

“Müharibədə qalib gəlmək imkanlarının inkişafını sürətləndirmək üçün ordu nazirinə 2027-ci ilə qədər hərəkətdə olan quru və dəniz hədəflərini vura bilən uzaqmənzilli raketləri silahlanmaya göndərmək tapşırılıb”, - sənəddə deyilir.

Heqset həmçinin, hər bir diviziyaya müasir pilotsuz təyyarələrin çatdırılması, ABŞ-ın müdafiə sənayesi bazasının modernləşdirilməsi və süni intellektə əsaslanan qoşunların idarə edilməsi sistemlərinin tətbiqi barədə göstəriş verib. Sənəddə bildirilir ki, Pentaqon rəhbəri köhnəlmiş silahların alınmasını dayandırmaq, səmərəsiz və lazımsız proqramları nəzərdən keçirmək və ya ixtisar etmək, bahalı müqavilələrdən imtina etmək niyyətindədir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
0
herbiand.az

1Sources