Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyib.
"Elektrik avtomobilləri ekoloji faydalı olsa da, düzgün davranılmadığı halda təhlükə mənbəyinə çevrilirlər. Həmin avtomobillərin alışıb-yanma ehtimalı və.s olur. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq hər zaman qeyd edirik ki, avtomobillər rəsmi dillerlərdən alınmalıdır. Rəsmi dilerlər xüsusilə elektik və hibrid avtomobillər üçün alıcıya təlimatlar verir.
Bu təlimatlara mütləq şəkildə riayət etmək lazımdır. Ümumi olaraq ənənəvi yanma mühərrikli avtomobillərdən daha çox elektrik və hibrid avtomobillərinin təhlükəli tərəfləri var. Batareya məsələsi onlar içərisində ən əsas problemdir. Avtomobil rəsmi istehsalçıdan alındığı zaman batereya haqqında təlimatlar verilir, yanma, alışma ehtimalı daha da azalır".
Əfsanə Kamal
Demokrat.az