EN

"İlham Əliyev Araz dəhlizi ilə bağlı Azərbaycan-İran biznes forumunda ölkəmizin mövqeyini açıq-aydın şəkildə izah edib" - POLİTOLOQ

"İlham Əliyev Araz dəhlizi ilə bağlı Azərbaycan-İran biznes forumunda ölkəmizin mövqeyini açıq-aydın şəkildə izah edib" - POLİTOLOQAraz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada. Bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir.

Sonxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

Dövlət başçısı deyib ki, bu, Azərbaycanı, onun əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran üzərindən birləşdirən layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq.

"Araz dəhlizi ilə bağlı prezident İlham Əliyev Azərbaycan-İran biznes forumunda ölkəmizin mövqelərini açıq-aydın şəkildə izah edib" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Araz dəhlizi ilə bağlı prezident İlham Əliyev Azərbaycan-İran biznes forumunda ölkəmizin mövqelərini açıq-aydın şəkildə izah edib. Araz dəhlizi layihəsi böyük maraq oyandırır. Bu layihənin dünya iqtisadiyyatı üçün də çox ciddi töhvələrinin olacağını düşünürəm. Eyni zamanda bu layihə Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə İran üzərindən birləşdirən vacib bir layihədir. Bu gün bəzi qərb mərkəzləri qəsdən Araz layihəsi ətrafında manipulyasiyalar etməyə çalışır. Çünki, bu qüvvələr bir tərəfdən Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana təzyiq etmək istəmir, digər tərəfdən isə Azərbaycanı nələrdəsə ittiham etmək istəyirlər. Hər bir halda Araz dəhlizinin çox ciddi potensialı var. Artıq Azərbaycan və İran bu layihənin reallaşması üçün siyasi iradələrini ən yüksək səviyyədə nümayiş etdirirlər. Hesab edirəm ki, Araz dəhlizi layihəsinin reallaşmaması üçün heç bir ciddi səbəb yoxdur. Yaxın gələcəkdə layihə ilə bağlı işlərə başlanacaq".

Çiçək Sadatova

Chosen
0
sonxeber.az

1Sources