EN

Qəzzada hərbi əməliyyatlar yenidən başlayıb

BAKI, TurkicWorld

Qəzzadakı əməliyyatların əsas məqsədi HƏMAS üzərində qələbədir.

TurkicWorld xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında davam edən hərbi əməliyyatların əsas məqsədinin radikal HƏMAS hərəkatı üzərində qələbə qazanmaq olduğunu bəyan edib.

İsrailin Müstəqillik Günü münasibətilə keçirilən mərasimdə çıxış edən Netanyahu , “Bizim bir çox məqsədimiz var, o cümlədən qaçırılan 59 nəfərin geri qaytarılması. Lakin müharibənin əsas məqsədi düşmən üzərində tam qələbədir”- deyə o bildirib. Onun çıxışı ölkənin əsas televiziya kanallarında yayımlanıb.

Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları yenidən başladıb və bölgəyə kütləvi hava zərbələri endirib. Bu, 2025-ci ilin yanvarında əldə olunmuş atəşkəsin pozulması kimi qiymətləndirilib. İsrail tərəfi buna səbəb kimi HƏMAS-ın danışıqlar prosesində irəli sürülən təklifləri qəbul etməməsini göstərib.

İsrailin verdiyi məlumata əsasən, hazırda Qəzzada HƏMAS-ın nəzarətində 24 girov və 35 nəfərin cəsədi saxlanılır.

Chosen
0
33
turkic.world

10Sources