EN

Böyük Qayıdış yeni iş imkanları yaradır

Bakı, 1 may, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, doğma yurda geri qayıdan keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində yeni iş yerləri açılır, keçmiş məcburi köçkünlərin özünüməşğulluğuna və gəlir gətirən fəaliyyətlərə cəlb edilməsinə dövlət dəstəyi göstərilir.

Doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərin kənd təsərrüfatı, sənaye, tikinti, iaşə xidməti, təhsil, səhiyyə və s. sahələrdə çalışması üçün yaradılan imkanlar onların dayanıqlı məskunlaşmasının və iqtisadi fəaliyyətə inteqrasiyasının mühüm şərtidir.

Komitə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən, işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanları haqqında məlumatlandırma, təbliğat və təşviqat məqsədilə hazırladığı videoçarxı təqdim edir: https://www.youtube.com/watch?v=QwPTOsLYM5E 

Chosen
0
4
azertag.az

5Sources