AFFA-nın təşkilatçılığı ilə məşqçilər üçün UEFA-nın C kateqoriyalı kursları keçirilir.

Offsideplus.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunan məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik edirlər.

Kursların birinci mərhələsi mayın 3-də başa çatacaq. 20-23 mayda ikinci, 3-6 iyunda üçüncü, 23-30 iyunda isə dördüncü modul olacaq.

Qeyd edək ki, məşqçilər üçün 5 kateqoriya mövcuddur: D, C, B, A və "Pro".