EN

“Bayer” Əlcəzair yığmasının gənc futbolçusunu satın aldı

“Bayer” 19 yaşlı əlcəzairli hücumameyilli yarımmüdafiəçi İbrahim Mazanı “Herta”dan tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Bayer”in mətbuat xidmətinə istinadən məlumat verir.

Müqavilə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. “Əczaçılar” keçidin əməliyyat məbləğini açıqlamayıblar. Mətbuat müvafiq məbləğin 12 milyon avro ola biləcəyini təxmin edir.

Əlavə edək ki, bu, “Bayer”in ilk yay transferidir. Maza qışda “Milan” və “Portu”nun təkliflərindən imtina edərək, Almaniyada qalmağa üstünlük verib. Maza Leverkuzen klubuna cari mövsümün başa çatması ilə qoşulacaq.

İbrahim Maza futbola “Fükse Berlin Raynikkendorf” klubunda qədəm qoyub, buradan Berlin “Herta”sının akademiyasına yol taparaq, püxtələşib və 2023-cü ilin iyul ayında böyük futbolda debüt edib.

Maza “Herta” üçün cari mövsümdə 33 oyuna 7 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Mazanın “qoca qarı” üçün çıxışının ümumi mənzərəsi isə 48 oyun, 9 qol və 7 məhsudlar ötürmədən ibarətdir.

Maza milli yığma komanda səviyyəsində Almaniyanın U-18, U-19 və U-20 komandalarında çıxış edib, 2024-cü ilin oktyabr ayında isə tarixi vətəni Əlcəzairin lehinə seçim edərək, ölkə yığmasında debüt edib. Maza Əlcəzair yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.

İbrahim Maza böyük futbolda hələ heç bir qənimət qazanmayın.

“Transfermarkt” internet-portalı 19 yaşlı əlcəzairli yarımmüdafiəçinin trasnfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Chosen
0
arena.az

1Sources