EN

İranda yeraltı təkanlar qeydə alınıb

BAKI, TurkicWorld

İranın şərqində baş verən 5 bal gücündə zəlzələ 23 nəfərin xəsarət almasına səbəb olub

TurkicWorld xəbər verir ki, İranın şərqində yerləşən Rəzəvi Xorasan əyalətinin Roşthar rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb.

İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Roşthar rayonu olub və zəlzələ 10 kilometr dərinlikdə baş verib. Rəzəvi Xorasan vilayətinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi zəlzələ nəticəsində bəzi kəndlərdə kiçik dağıntıların meydana gəldiyini və 23 nəfərin yüngül xəsarət aldığını açıqlayıb.

Chosen
0
2
turkic.world

7Sources