EN

Almaniyada Tofiq Yaqubluya görə özünü zəncirləyən adam - video

Almaniyada yaşayan azərbaycanlı fəal Natiq Məmmədov bu həftə Berlində Azərbaycan səfirliyi qarşısında təkadamlıq aksiya keçirib.

"64 yaşlı adam bir aydır ki, aclıq aksiyası edir. Ümidim odur ki, Tofiq Yaqublu sağ çıxa", - o, BBC-yə aksiyasından danışır.

Natiq Məmmədli özünü səfirlyiin darvazasına zəncirləyib və şüar yazılmış plakat qaldırıb. Deyir ki, məqsədi həm də Almaniya mediasının və hökumətinin diqqətini çəkmək olub.

Hakimiyyəti sərt tənqidi ilə tanınan Tofiq Yaqublu 9 illik həbsini qanunsuz sayır.

Azərbaycan hakimiyyəti ölkədə heç kəsin siyasi tənqidə görə təbiq olunmadığını bəyan edir.

Videoya Youtube kanalımızda baxa bilərsiniz.

Chosen
0
bbc.com

1Sources