Ukrayna ordusu Xerson vilayətinin Alyoşki şəhərindəki bazara PUA zərbələri endirib.
Bolgə.TV xəbər verir ki, bu barədə Xerson vilayətinin qubernatoru Vladimir Saldo məlumat verib.
“Səhər saatlarında Alyoşkidəki mərkəzi bazara Ukrayna ordusu tərəfindən dron zərbəsi endirilib. Hücum zamanı bazarda çoxlu adam olub”, - Saldo bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində 7 nəfər ölüb, 20 nəfər isə yaralanıb.