EN

Beynəlxalq Xalça Festivalının zəngin və rəngarəng proqramı hər yaş qrupundan qonaqları cəlb edir!

Bakı. Trend:

2-4 may 2025-ci il tarixlərində İçərişəhərdə Beynəlxalq XalçaFestivalı baş tutacaq. “Azərxalça” ASC və “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasınınİxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nundəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıqsənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcəkinkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarınıntəcrübə və bacarıqlarından bəhrələnməkdir.

Bu səbəbdən Festivalın proqramı zəngin və rəngarəngliyi iləbütün yaş qruplarından olan qonaqların maraqlarına xitab edir.Festival çərçivəsində ziyarətçiləri sehrli əyləncə proqramı:rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerlibrendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalargözləyir.

Festivala baş çəkən hər bir kəslə “Azərxalça” ASC-nin ölkəninmüxtəlif istiqamətlərində fəaliyyət göstərən 14 emalatxanasındandəvət olunmuş 28 toxucu qadın, emal prosesinin gözəlliyini nümayişetdirən geniş emal komandası və yaradıcı qrupun üzvləri xalçaçılıqsirrlərini bölüşəcək, ustad dərslərinə qonaq edəcək.

Festivalın əyləncə proqramının digər əsas hissəsini təqdimolunacaq canlı tamaşa təşkil edir. Mir Cəlal Paşayevin "Bir gəncinmanifesti" romanından götürülən hekayə xalçanın əhəmiyyətini ailəşərəfi və mədəni irsimizin simvolu olaraq təqdim edir. ƏsərBeynəlxalq Xalça Festivalı çərçivəsində bədii rəhbər NigarHəsənzadənin quruluşunda və Xalq artisti Pərviz Məmmədrzayevinpantomimasında səhnəyə gətirilir.

Festivalın uşaqlar üçün proqramı isə nağıllar dünyasına daxilolub hər yaşdan uşağın təxəyyülünü oyandırmağa yönəlmiş seminar vəyaradıcı fəaliyyətlər təklif edir. Proqrama bu sahənin əsasmütəxəssislərindən hesab olunan Firuza Sultanzadə rəhbərlik edir.Öz rəngarəng naxışlarını toxumaqdan, immersiv nağıl oxumasessiyalarına qədər hər fəaliyyət uşaqlar üçün Beynəlxalq XalçaFestivalını sehrli bir təcrübə kimi yaddaşlara həkk edəcək. Gənciştirakçılar isə müxtəlif əl işi sənət sahələrini öyrənərək təbiətvə ekoloji mövzularla əlaqəli işlər (yun çəkmə və təbii rənglərləeksperimentlər) görəcək. Hər fəaliyyət – kağız teatrı, oxuma küncüvə əl işi stansiyası – xüsusi yaş qruplarına uyğun olaraqhazırlanmışdır. Üz boyama və kukla şoulari kimi əlavə fəaliyyətlərFestivalı balaca dostlarımız üçün daha da maraqlı edəcək.

Bundan əlavə may ayının 2-dən etibarən 3 gün ərzində (2-4 may)Faiq Əhmədin "İşarələr" (Qgallery), Samirə Allahverdiyevanın “Narvə Əncir Simfoniyası” ( Bakı Fotoqrafiya Evi) Eldar Mikayılzadənin"Toxu xalçaları, sevərək toxu" (Zaman Qalereyası) və ”Üç peyğəmbər”(Tolerantlıq evi), Aydan Salahovanın "Memarlığın Yaddaşı"(“Azərxalça" sərgi və satış salonu), Aişə Hacıyevanın “Zaman” (QızQalası meydanı) sərgiləri də işlərinə davam edəcək.

Chosen
0
2
az.trend.az

3Sources