BAKI. 1 may. TELEQRAF
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) aprel ayı üçün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq statistikanı açıqlayıb.
ANAMA-dan Teleqraf-a verilən məlumata görə, azad olunan ərazilərdə cari ay ərzində 79 tank əleyhinə mina, 304 piyada əleyhinə mina, 3 047 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 6 366.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkəthəyata keçirilir.