BMT: Əsəd rejiminin süqutundan sonra 1,4 milyondan çox suriyalı evlərinə qayıdıb.
2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalı öz evlərinə qayıdıb.
Operativ Media xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat verib.
Məlumatda suriyalılar üçün ümidin olduğu, lakin onların həyatlarını yenidən qurmasının asan olmadığı vurğulanıb.