BAKI, 1 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd Əl Nəhəyan arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Danışıq zamanı Putin, Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsində BƏƏ-nin göstərdiyi köməyə görə təşəkkür edib.
BƏƏ-nin vasitəçiliyi nəticəsində Pasxa bayramı ərəfəsində 246 rus hərbçisi əsirlikdən azad edilərək vətənə qayıda bilib.